“Region TV”də yeni layihə - Virtual gündəm
31 Mart 2016 13:44 (UTC+04:00)
AzNews.az xəbər verir ki, verilişdə ölkə gündəmində olan ən çox əsas hadisələr ekspertlərlə birgə müzakirə olunur. Efirdə yayımlanan xəbərlər isə ən populyar xəbər saytlarına istinadən verilir.
Murad Həşimov və Sevda Rəsulqızının aparıcılığını etdiyi verilişdə yarım saat ərzində tamaşaçılar ölkənin virtual gündəmi barədə tam məlumat əldə edə bilirlər.
Eyni zamanda cəmiyyəti maraqlandıran bir sıra mövzular və sosial problemlər "Günün ardınca"da dövlət quumlarının rəyləri alınaraq müzakirə olunur.
Məlumat üçün bildirək ki, veriliş həftə içi hər gün 23.00 da Region Tv nin efiində yayımlanır.