Erməni hərbçini “tok” vurdu – Digəri cəbhədə yaralandı

31 Mart 2016 15:43 (UTC+04:00)

AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yaralanan hərbçi 19 yaşlı David Qriqoryandır. Bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arstrun Ovannisyan təsdiqləyib.

Bu gün isə İrəvanda erməni hərbçisi Sargis Manukyan cərəyan vurmasından ölüb. O, səhər saatlarında huşsuz vəziyyətdə elektrik stansiyasının içərisində tapılıb. Manukyan xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma başladılıb.

Aydan AXUNDOVA