Hindistanda faciə: estakada uçdu – 14 ölü, 150 yaralı (Fotolar)
31 Mart 2016 16:58 (UTC+04:00)
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 14 nəfər ölüb, 150-dən çox insan yaralanıb. Nəhəng konstruksiyanın təxminən 100 metrlik ərazisi estakadanın altından keçən yolların, avtomobillərin, ticarət obyektlərinin üzərinə düşüb. Hadisə baş verən zaman bazarda çox sayda insan olub. Onların bir qismi qalıqlar arasında sıxışıb.
Həmçinin, dağıntılar altında bir neçə nəfər fəhlə qalıb.
Hadisə yerinə çox sayda xilasedici qüvvələr cəlb edilib. Hazırda mülki vətəndaşlar da qalıqlar arasından insanları çıxarmağa kömək edir. Konstruksiyanın nəhəng hissələrini qaldırmaq üçün ağır texnikanın gəlməsi gözlənilir.
İlkin məlumata əsasən, layihələndirmədə və ya tikintidə səhvə yol verilib. Belə ki, ən azı 2 dayaq ağırlığa dözməyib.
Hadisə şahidlərinin sözlərinə görə, bu əraziyə sement və beton yalnız dünən tökülüb. Estakada özü isə böyük gecikmələrlə 5 ildir ki, tikilir.




Aydan AXUNDOVA