Sabah hansı rayonlarda qaz olmayacaq?
31 Mart 2016 17:29 (UTC+04:00)
AzNews.az SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, aprelin 1-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin "Ərçivan" və "Şahağacı", eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin "Hacıməlik" qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində Göygöl rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Astara rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.