Türkiyənin ədliyyə nazirindən Rza Zərrabla bağlı - Açıqlama

31 Mart 2016 22:55 (UTC+04:00)

O, Türkiyə hökumətinin bu prosesi izləmədiyini bildirib.

"Biz xüsusi olaraq izləmirik. Heç bir narahatlığımız yoxdur. Türkiyə bu günə qədər bütün işləri konstitusiya və hüquqa görə görüb. İranla münasubətlər də bura daxildir", - ədliyyə naziri deyib.

O, bəyan edib ki, Türkiyə bundan sonra konstitusiya, hüquq və beynəlxalq hüquq çərçivəsində doğru olan addımları atmaqda davam edəcək: "Nə olacağını hamımız birlikdə görəcəyik".


Musavat.com