«Komanda» qəzetinin jurnalisti dünyasını dəyişdi

13 Noyabr 2012 06:40 (UTC+04:00)
Kiyev İdman Sarayında keçirilmiş Ukrayna - Polşa milliləri arasında hokkey matçından sonra jurnalist Yuri Danilov dünyasını dəyişib. AzNews.az-un məlumatına görə, bu barədə xəbəri öz Facebook səhifəsində mərhumun iş yoldaşı İvan Verbitski yazıb.

"O ölüb, ona görə ki, İdman Sarayının işçiləri amerika rok qrupunun konsertinə hazırlaşırdılar ("Garbage" - qazeta.ru), həmkarımız qeyd edib. - Tələsik kürsünü və səhnəni quraşdırırdılar. Sonra bizi qovdular. Dedilər ki, siz öz materialları ilə gedin, bizə işi sürətləndirmək lazımdır. Onlar sözün əsl mənasında, buz qarşısında 7 metr dərinlikdə quyu qazdılar. İdman jurnalistləri onu "krematoriem" adlandırıar.

Sonra Daniellə birgə tuneldən keçdik. Adətən, hokkeyçilər buradan ötüb soyunub-ceyinmə otağına gedirlər. Danya dərhal geri qayıtmaq qərarına gəldi. Amma işçilər artıq "pilləkəni" açmışdılar. Əlbəttə, Yura bunu gözləmirdi və 10-metrlik uçuruma ayağını qoydu.

Danilov 10 il Ukraynanın məşhur idman qəzeti "Komanda"da çalışıb. Noyabrın 17-də onun 36 yaşı tamam olacaqdı. Danilovun ölümü ilə bağlı artıq Kiyev prokurorluğu məşğul olur. Prokurorluğun mətbuat xidmətindən məlumat yayılıb ki, bu işdə təhlükəsizilik qaydalarının riayət olunub-olunmaması məsələsi araşdırılacaq.

Kamran Hacı
AzNews.az