Obama Ərdoğanla görüşdü - Fotolar

1 Aprel 2016 09:40 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ağ Sarayda keçirilən ikitərəfli görüş təxminən 50 dəqiqə davam edib.

Məlumata görə, görüş Obamanın Vaşinqtonda Nüvə Təhlükəsizlik Sammitinə qatılan dövlət və hökumət başçılarının şərəfinə Ağ Sarayda verdiyi yeməkdən sonra keçirilib.

Ərdoğanla Obamanın görüşündə bölgədə təklükəsizlik, terrorla mübarizə və qaçqınlarla əlaqəli Türkiyə-ABŞ arasında işbirliyi mövzularının müzakirə edildiyi bildirilir. Həmçinin, görüş zamanı İŞİD-i məhv etmək üçün birgə səyləri daha da artırmaq üçün nələr edilə biləcəyi müzakirə olunub.

Təkbətək görüşdə Obama türkiyəli həmkarına Diyarbəkirdə terror aktı nəticəsində həyatını itirənlər üçün başsağlığı verib, yaralılar üçün isə şəfa diləklərini çatdırıb. ABŞ prezidenti Türkiyənin təhlükəsizliyi və terrorizmə qarşı ortaq mübarizə mövzusunda dəstəyini bir daha təsdiqləyib.






Aydan AXUNDOVA