Parisin mərkəzində partlayış - 5 yaralı (Fotolar + Video)

1 Aprel 2016 15:39 (UTC+04:00)

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, partlayış yaşayış binasında baş verib. Hadisə barədə ilk olaraq sosial şəbəkədə şahidlər məlumat veriblər. Onlar internetdə yanan binanın şəkillərini də yerləşdiriblər.

Paris polisi faktı təsdiqləyib. Lakin hələki partlayış nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir. Hüquq mühafizə orqanlarından verilən məlumata görə, partlayışa mənzildə baş verən yanğın səbəb olub.








15:17
***

Parisdə baş verən partlayışın ilkin səbəbləri açıqlanıb.

AzNews.az-ın yerli KİV-lərə istinadən məlumatına görə, yanğın baş verəb binada kulinar məktəb var imiş. Ehtimal olunur ki, buradakı yanğına səbəb qaz sızması olub. Hüquq-mühafizə orqanları hadisə nəticəsində 5 nəfərin yaralandığı barədə məlumat verib.

Aydan AXUNDOVA