Gizli Bolqarıstan toplantısı

13 Noyabr 2012 07:03 (UTC+04:00)
Azərbaycan ağırlıqqaldıranları xeyli müddətdir ki, Bolqarıstanda təlim-məşq toplantısındadırlar. Bu barədə AzNews.az–a idman mütəxəssislərindən biri məlumat verib. Hazırlıq nədənsə mətbuatdan gizli saxlanılır. Əldə etdiyimiz bilgiyə görə, millimizin Balkanlardakı təlim-məşq yerli ağır atletlərdən 3 nəfər cəlb olunub.

Bunlar Sərdar Həsənov, Əfqan Bayramov (hər ikisi - 69 kq) və İntiqam Zairovdur (94 kq). Qalan ağırlıqqaldıranlar legionerlərdir. Seçmə komandamız bu günlərdə Vətənə dönəcək. Məqsəd 13-16 dekabrda Bakıda keçiriləcək beynəlxalq qran-pri turnirində mübarizə aparmaqdır.

Bu yarışda 25 ölkədən təqribən 100 idmançı iştirak edəcəyi gözlənilir. Hazırda milli komandamızın bir hissəsi bu turnirə hazırlıq məqsədi ilə paytaxtda təlim-məşqlərini davam etdirir.

Kamran Hacı
AzNews.az