Rusiyada jurnalist öldürüldü - Bıçaqlayıblar

1 Aprel 2016 16:58 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Vedomosti" və "Kommersant" qəzetlərinin yazarı Dmitri Tsilikin Sankt Peterburqda yerləşən mənzilində ölü tapılıb. İlkin məlumata əsasən, 54 yaşlı musiqi və incəsənət tənqidçisi, jurnalist 2 gün əvvəl aldığı çox saylı bıçaq xəsarətlərindən vəfat edib.

Rusiya İstintaq Komitəsi qətllə bağlı cinayət işi açıb.

Aydan AXUNDOVA