Azərbaycanlı milyarder cərimə olunacaq

1 Aprel 2016 22:17 (UTC+04:00)

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, milyarderin Bolqarıstanın Burqas şəhərində yerləşən "LUKoyla" məxsus neft emalı zavodu havanı çirkləndirdiyi üçün cərimə ediləcək.

Bu barədə mətbuata Bolqarıstanın ətraf mühit naziri İvelina Vasileva məlumat verib. Bolqarıstan Milli televiziyasına müsahibə verən xanım nazir qərar haqqında hakimiyyətin tezliklə bəyanat yayacağını bildirib.

Son günlər Burqasda hidrogen-sulfid konsentrasiyasının yüksək göstəricilər qeydə alınıb və sakinlər kəskin qoxudan şikayət edirlər. Ötən gün gecədən etibarən havada Hidrogen-sulfid konsentrasiyasının normadan 36 dəfə artıq kəskinləşməsi qeydə alınıb.


İvelina Vasileva-Bolqarıstanın ətraf mühit naziri

"LUKoyl" şirkəti əvvəllər bəyanat yayaraq bildirib ki, onlar avadanlıqları yoxlayırlar.

2015-ci ildə "LUKoyl" şirkəti çaylara və təbiətin mühafizə olunan ərzailərinə 30 tona yaxın neft tullantısı axıtdığı üçün 58 min dollar cərimə edilib. Həmin vaxt şirkət rəsmiləri sızmanın oğurluq cəhdi nəticəsində meydana gəldiyini deyiblər.

Daha bir qalmaqal 2015- ci ilin mayında yaşanıb. Belə ki, ağır tullantıların emalı avadanlıqlarının sınağı zamanı yanğın baş verib. Yanğın operativ şəkildə söndürülüb və şirkət heç bir çirklənmə halının qeydə alınmadığını bildirib