İran raketlərini sınaqdan keçirir

13 Noyabr 2012 07:36 (UTC+04:00)
İran Hava Hücumundan Müdafiə (HHM) üzrə "Vilayət-4" təlimlərinin ikinci günündə ilk dəfə 2011-ci ildə təqdim olunan orta mənzilli zenit-raket kompleksinin yerli istehsalını sınaqdan keçirir.

Bu barədə MEHR agentliyi xəbər verir. Habelə lazer məsafəölçənlə təchiz edilmiş 35 millimetr kalibrli "Oerlikon" zenit silahı döyüş vəziyyətinə bənzədilmiş şəraitdə sınaqdan keçiriləcək.

Təlimlərin ikinci günündə, həmçinin həm müharibə şəraitində, həm də ölkə əyalətlərinin keçiriləcək əməliyyatlarda iştirakı halında bombardmançıların, qırıcıların və pilotsuz uçuş aparatlarının hücumlarının keçirilməsi, habelə rəqiblə hərbi toqquşmanın təqlidi planlaşdırılır. B

azar ertəsi səhər İranda "Vilayət-4" HHM qüvvələrinin irimiqyaslı təlimləri başlayıb.

AzNews.az