Putindən Qarabağdakı döyüşlərlə bağlı - Təcili çağırış

2 Aprel 2016 13:13 (UTC+04:00)

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Putin Dağlıq Qarabağda döyüş əməliyyatlarının bərpasından narahatlığını dilə gətirib.

Bu barədə jurnalistlərə ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Prezident Putin münaqişə tərəflərini təcili olaraq atəşkəsə əməl etməyə və təmkin göstərməyə çağırır", - deyə Peskov vurğulayıb.

Aydan AXUNDOVA