Rusiya müdafiə naziri Zakir Həsənova zəng etdi – Təcili danışıqlar
2 Aprel 2016 14:15 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib. Nazirliyin məlumatına əsasən, RF-nın Müdafiə Nazirliyi bu regionu daima diqqət mərkəzində saxlayır.
"Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu həmkarları – Ermənistan müdafiə naziri Seyran Ohanyan və Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə münaqişə zonasında vəziyyətin sabitləşdirilməsi üzrə təxirəsalınmaz tədbirlərin zəruriliyi haqqında təcili telefon danışıqları aparıb", - deyə məlumatda qeyd olunur.
Aydan AXUNDOVA