Lavrovdan Məmmədyarov və Nalbadyana: “Qarabağdakı vəziyyətə təsir edin”

2 Aprel 2016 14:49 (UTC+04:00)

AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə S.Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə danışıqları zamanı deyib. Lavrov Elmar Məmmədyarovu və Edvard Nalbadyanı Dağlıq Qarabağda vəziyyətə təsir göstərməyə və zorakılığı dayandırmağa çağırıb.

"Rusiya prezidentinin Dağlıq Qarabağ təmas xəttində döyüş əməliyyatlarının bərpa edilməsinə reaksiya verməsi, eləcə də Rusiya tərəfindən vəziyyətin normallaşdırılması üçün atılan addımlar və ATƏT-in Minsk qrupu həmsədrləri ilə əlaqə saxlanılmasıyla yanaşı, Sergey Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə danışıqlar aparıb və tərəfləri zorakılığı dayandırmaq üçün vəziyyətə təsir göstərməyə çağırıb", - deyə nazirliyin məlumatında qeyd olunur.

Aydan AXUNDOVA