Sarkisyan Ermənistan ordusundakı itkiləri - Açıqladı

2 Aprel 2016 21:16 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, S. Sarkisyan Təhlükəsizlik Şurasının iclasında çıxışında 18 nəfər itirdiklərini, 35-ə yaxın yaralılarının olduğunu bildirib.

S. Sarkisyan XİN-ə Ermənistan və "DQR" arasında qarşılıqlı hərbi yardım haqqında müqavilə imzalanması üçün hazırlıqlar aparılmasını və müvafiq layihənin parlamentə təqdim edilməsini tapşırıb.

Qeyd edək ki, bəzi erməni saytlarında Ermənistan ordusunun itkilərinin 100-dən çox olması barədə məlumatlar yayılıb.