İTV efir proqramında dəyişiklik etdi - Musiqili verlişlər olmayacaq

2 Aprel 2016 21:21 (UTC+04:00)

AzNews.az-a televiziyanın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar bu gündən 3 gün müddətində öz proqramına dəyişiklik edib.

Musiqili və əyləncəli xarakterli verilişlər proqramdan çıxarılıb.