5 nəfər dəm qazından zəhərləndi

13 Noyabr 2012 08:02 (UTC+04:00)
Havaların soyuması ilə əlaqədar dəm qazından zəhərlənmə halları artıb. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun AzNews.az-a verdiyi məlumata görə, son zamanlar gün ərzində dəm qazından zəhərlənmə ilə bağlı bir neçə müraciət daxil olur.

Son 2 gündə 5-dən artıq belə müraciət qeydə alınıb. Əsasən Bakı və Abşeron rayonlarından gətirilənlərlə yanaşı, bölgələrdən də dəm qazından zəhərlənmələrlə bağlı müraciətlər olur: "Son olaraq Xırdalandan 35 yaşlı bir nəfər gətirilib".

A.Maqsudov hələlik xəstəxanaya müraciət edənlər arasında ölüm faktlarının qeydə alnmadığını vurğulayıb.

Elnarə Əlosmanqızı
AzNews.az