32 yaşlı kişini elektrik cərəyanı vurub öldürdü

2 Aprel 2016 22:32 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb. Kənd sakini 1984-cü il təvəllüdlü Xəlilov Samir Qənbər oğlu qonşuluqda elektrik naqili çəkərkən onu elektrik cərəyanı vurub. Xəstəxanaya aparılarkən o yolda keçinib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.