Ermənilər porno ulduzun ümidinə qaldı
13 Noyabr 2012 08:09 (UTC+04:00)
Erməni əsilli porno ulduz Kim Kardaşiyan öz şəxsi bloqunda pərəstişkarlarına müraciət ünvanlayıb.
AzNews.az-ın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Kardaşiyan pərəstişkarlarını Suriya Ermənilərinə Yardım Fonduna pul köçürməyə çağırıb.
Erməni ulduz öz müraciətində faktları təhrif etməkdən də çəkinməyib və bir siyasətçi kimi danışıb: "Suriyada 100 min erməni yaşayır və onların əksəriyyəti soyqırım zamanı burada məskunlaşan insanlardır. Onlara yardım edilməlidir və erməni kimliyim bu müraciəti etməyə vadar edir".
Sadiq Musa
AzNews.az