Azərbaycan diasporu İlham Əliyevə müraciət etdi - Sizin əmrinizi gözləyirik

3 Aprel 2016 10:51 (UTC+04:00)

AzNews.az xəbər verir ki, UABD sədri Hikmət Cavadovun adından yayılan bəyanatda bildirilir ki, Ukraynada və ölkədən kənarda yaşayan yüz minlərlə azərbaycanlı növbəti erməni təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən cavab tədbirlərini alqışlayır, qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrinin düşməndən tam azad olunması xəbərinə sevinirik: "Cənab Ali Baş Komandan! Ukraynada və ümumiyyətlə ölkədən kənarda yaşayan yüz minlərlə azərbaycanlı işğal altında olan Dağlıq Qarabağın azad olunması istiqamətində apardığınız səyləri dəstəkləyir. Torpaqlarımızın geri qaytarılması hamımızın müqəddəs borcudur və bu işdə hər zaman Sizin yanınızdayıq. Əmin ola bilərsiniz ki, Azərbaycandan kənarda yaşamalarına baxmayaraq böyük bir diaspor ordusu Ali Baş Komandanının əmrini gözləyir".


Azadinform