Abxaziya dəmir yolu siyasi əhəmiyyətlidir

13 Noyabr 2012 08:46 (UTC+04:00)
"Abxaziya dəmir yolu xəttinin açılması ölkə iqtisadiyyatı və Rusiya-Ermənistan əlaqələri baxımından sərfəlidir".

AzNews.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu fikirləri erməni millət vəkili Volodya Badalyan səsləndirib. O, qeyd edib ki, dəmir yolunun açılması ölkəyə həm idxal həm də ixrac olunan məhsulların qiymətini aşağı salacaq.

Bu isə ölkə iqtisadiyyatına dividentlərin gətirilməsi deməkdir. Bundan əlavə, erməni millət vəkili dəmir yolu xəttinin Rusiya-Ermənistan əlaqələrinə də müsbət təsir edəcəyini deyib və vurğulayıb ki, bu, iki ölkə arasında birbaşa nəqliyyat əlaqəsinin qurulması deməkdir.

Sadiq Musa
AzNews.az