Ermənilərin itkiləri ilə bağlı dəhşətli faktlar

3 Aprel 2016 19:18 (UTC+04:00)

Erməni mətbuatı da açıq şəkildə etiraf edir ki, Qarabağdakı son döyüşlərdə Ermənistan tərəfi o qədər itki verib ki, yaralıların yerləşdirilməsi üçün Qarabağdakı hospitallarda yer qalmayıb və onlar helikopterlərlə, avtomobillərlə İrəvana göndərilir.

"Armenianreport" yazır ki, Azərbaycan Müdafiə Nazirliyi şəhidlərinin sayını açıqlasa da Ermənistan Müdafiə Nazirliyi real itkiləri gizlədir və susur.

"Erməni jurnalistlər məlumatları mülki vətəndaşlardan, tibb mərkəzlərindən, ölən əsgərlərin gətirildiyi kilsələrdən və ya təsadüfi şahidlərdən alırlar. Şahidlər isə dəhşətli faktlar deyirlər. Bildirirlər ki, yaralıların sayı o qədərdir ki, onları daşımaq üçün helikopterlər çatmır, avtomobillərlə daşıyırlar. Ona görə də onlar yolda ölürlər. Həkimlər çatışmır, dərmanlar yoxdur", - erməni saytı yazır.





Ümumiyyətlə, erməni mətbuatı döyüşlər başlayan gündən etibarən Ermənistan Müdfaiə Nazirliyini itkiləri gizlətməkdə, yalan məlumatlar yaymaqda günahlandırır. Təsadüfi deyil ki, bu gün Ermənistanda əsgər anaları növbəti etiraz aksiyası keçiriblər.


anspress