Aşıq Azərə qaraciyər köçürülə bilər - Foto

4 Aprel 2016 10:21 (UTC+04:00)

Bu barədə AzNews.az-a aşığın yaxınları məlumat verib. Yaxınlarının bildirdiyinə görə, "Hepatit B" xəstəliyindən əziyyət çəkən aşıq Azər Xanlaroğlu artıq bir neçə gündür ki, Türkiyədədir: "Azərin analizlərinin cavabı bu gün açıqlanacaq. Həkimlər deyir ki, qaraciyər köçürülə bilər. Əgər bu analizin nəticələri təsdiqlənərsə, 3-4 günə donor axtarılacaq".

Qeyd edək ki, 33 yaşlı Aşıq Azər Xanlaroğlu 3 ildir "Hepatit B" xəstəliyindən əziyyət çəkir.



Bahar RÜSTƏMLİ
AzNews.az