Ermənilərin atdığı mərmi evə düşdü – 1 yaralı + Foto

4 Aprel 2016 14:12 (UTC+04:00)

AzNews.az xəbər verir ki, atəşkəsin pozulması nəticəsində atılan mərmilərdən biri Tərtər rayonunun Düyərli kənd sakinin evinə düşüb. Hadisə nəticəsində ev sakini 1983-cü il təvəllüdlü Əliyeva Mehbarə Nəbi qızı yaralanıb.

Tərtər rayon Mərkəzi Xəstəxanasından AzNews.az-a verilən məlumata görə, yaralı çoxsaylı qəlpə zədəsi alıb. Vəziyyəti hazırda stabildir.