Bakcell-dən Ağdam, Füzuli və Tərtər sakinlərinə - Pulsuz dəqiqələr

4 Aprel 2016 16:34 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu gündən etibarən Ağdam, Füzuli və Tərtər rayonları ərazisində yaşayan və ötən 30 gün ərzində mobil telefon nömrəsi aktiv olan (zəng qəbul edən və zəng edən) Bakcell abunəçiləri balanslarının 50 dəqiqə artırılması ilə bağlı qısa SMS alacaqlar. Həmin pulsuz dəqiqələr şəbəkədaxili zənglər üçün nəzərdə tutulur və aprel ayının sonuna qədər qüvvədədir!

Bununla yanaşı, Bakcell cəbhə bölgələrində şəbəkənin keyfiyyətinə xüsusi nəzarət edir.