Ermənilər uzaq kəndləri də atəşə tutdu – Daha 1 mülki şəxs həyatını itirdi

4 Aprel 2016 17:32 (UTC+04:00)

AzNews.az xəbər verir ki, reaktiv artilleriya qurğuları və uzaqvuran toplardan atılan mərmilərdən biri Ağdamın Əhmədağalı Ərazi Vahidliyinin Şərifli kəndinə düşüb. Partlayış nəticəsində kənd sakini 1954-cü il təvəllüdlü Dadaşov Qaraş Şahmar oğlu həlak olub.