Xaricdə yaşayan soydaşlarımız döyüşlərə qatılmaq üçün müraciətlər edir - Nazirlik

4 Aprel 2016 17:55 (UTC+04:00)

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, son 3 gündə nazirliyə xaricdə yaşayan azərbaycanlılardan çoxsaylı müraciətlər edilir. Soydaşlarımız nazirliyə ünvanladıqları müraciətlərində son günlər cəbhədə baş verən hadisələr zamanı ordumuzun qazandığı uğurlardan sevindiklərini, qürur duyduqlarını və ərazi bütövlüyümüzün bərpası istiqamətində aparılan əməliyyatlarda yaxından iştirak etmək arzularını ifadə edirlər.

APA.az