İran Ermənistan arasında mərmi - Qalmaqalı

5 Aprel 2016 11:39 (UTC+04:00)

Mərminin Ermənistana məxsus olduğu isə iranlı ekspertlərin apardığı araşdırmalardan sonra bəlli olub. S.Xiyabaninin sözlərinə görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Bu ilk belə hal deyil. Belə ki, iki gün öncə də Ermənistandan atılan 3 top mərmisi İran ərazisinə düşmüşdü. İranın İrəvandakı səfirliyinin hərbi attaşesi Hüseyn Şeyx ötən gün Ermənistanın Müdafiə Nazirliyinə çağırılıb. ANS PRESS-in "news.am" saytına istinadla verdiyi məlumata görə, onu Ermənistan müdafiə nazirinin müavini David Tonoyan qəbul edib.

İranlı attaşe Şərqi Azərbaycan əyalətinin Xudafərin bölgəsinin Qulubəyli kəndinə top mərmilərinin düşməsi nəticəsində xəsarət alanın olmadığını bildirib.

"İran ərazisindəki elektrik stansiyasına ziyan dəyib və işıqlar sönüb".


Attaşe isə Azərbaycan və Ermənistan tərəfini belə məsələlərdə diqqətli olmağa çağırıb. Ermənistan rəsmisi isə bildirib ki, döyüşlər zamanı coğrafi koordinatlar müəyyən edilir.

"Qarabağ tərəfi bombalama faktı ilə bağlı əlavə yoxlamalar aparılacaq və nəticələr barədə İran tərəfinə məlumatlar veriləcək", - deyə David Tonoyan bildirib.


David Tonoyan - Ermənistan müdafiə nazirinin müavini

Aprelin 3-də Ermənistanın atəşkəsi pozması nəticəsində yaranmış gərginlik zamanı ermənilərin atdığı top mərmilərindən 3-ü İran ərazisinə düşüb.

Ermənistan silahlı bölmələrinin Hadrud istiqamətində endirdiyi zərbələr nəticəsində mərmilərdən 3-ü Xudafərin şəhəri ərazisinə düşüb. Nəticədə İran ərazisindəki elektrik stansiyasına ziyan dəyib və işıqlar sönüb.

Ölən və yaralanan olmayıb. İnsidetdən sonra Şərqi Azərbaycan əyaləti valisinin müavini Səid Şəbüstərinin bəyanat verib. İran rəsmiləri mərmilərin düşdüyü ərazilərdə təhlükəsizliyin bərpa edildiyini açıqlayıb. "Amma biz ölkəmizə qarşı istənilən təcavüzə qarşı sərt addımlar atacağıq".

anspress.com


Ermənilərin atdığı mərminin İran ərazisinə düşməsi