Mədəniyyət klubunda qətl – Qadın öldürüldü
5 Aprel 2016 12:11 (UTC+04:00)
AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 4-də Beyləqan rayonunun İmamverdilər kənd Mədəniyyət Klubuna gəlmiş kənd sakini Həsənalı Quliyev orada işləyən həmkəndlisi Validə Tağıyevaya münaqişə zəminində bıçaqla xəsarət yetirib. V.Tağıyeva hadisə yerində ölüb.
H.Quliyev könüllü olaraq Beyləqan RPŞ-yə gəlib təslim olub.