Tərtərdə ölən 16 yaşlı qızla bağlı cinayət işi başlandı
5 Aprel 2016 12:51 (UTC+04:00)
Baş Prokurorluğun Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumatda bildirilir ki, aprelin 5-də saat 11:00 radələrində Həsənqaya kəndində məskunlaşmış Kəlbəcər rayon sakini, 2000-ci təvəllüdlü Həsənli Turanə Kamandar qızı, yaşadığı evə atılmış mərminin partlaması nəticəsində çoxsaylı qəlpə xəsarətləri alaraq hadisə yerində vəfat etmişdir.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış, istintaq aparılır.