Bakıda orduya dəstək aksiyası - Əsgərlərə yardım yığılır (Fotolar)

5 Aprel 2016 13:33 (UTC+04:00)


Bu gün həmin kampaniya ilə əlaqədar 28 May metro stansiyasının qarşısında bir qrup gənc toplaşaraq əsgərlərə göndərilməsi üçün yardım ( corab, meyvə, siqaret və.s) gətiriblər. Gənclər Ali Baş Komandanın "döyüş" əmrinə hər an hazır olduqlarını bildiriblər. Onlar ordudakı əsgərlərimizlə qürur duyduqlarını, cəbhədən gələn şad xəbərləri diqqətlə izlədiklərini də qeyd ediblər.

Həmin aksiyadan fotoları təqdim edirik: