Çoxmərtəbəli yaşayış binasında yanğın oldu - Video
5 Aprel 2016 14:18 (UTC+04:00)
Hadisə Xətai rayonunun S.Vəzirov küçəsində 17a binasında baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xətai Rayon Yanğından Mühafizə Xidmətinin (YMX) yeddi yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
İlkin ehtimallara görə, yanğın elektrik kabellərinin yerləşdiyi şaxtada baş verib. Binadan 61 mənzilin sakinləri təxliyə olunub.