​Poroşenko Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəklədi

5 Aprel 2016 22:56 (UTC+04:00)

Bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda dövlət başçılarının son günlər Dağlıq Qarabağ regionundakı vəziyyətin gərginləşməsindən narahatçılıq ifadə etdikləri xüsusilə qeyd olunub.

Hər iki lider vəziyyətin beynəlxalq hüquq prinsipləri əsasında sülh yolu ilə nizamlanmasının vacib olduğunu qeyd ediblər. Pyotr Poroşenko və İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq təşkilatlar çərçivəsində nizamlanması üzrə fəaliyyətlərini əlaqələndiriblər.

Ukrayna prezidenti Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində dəstəklənməsi ilə bağlı ölkəsinin mövqeyinin dəyişilməz qaldığına əmin edib.

Dövlət başçıları, həmçinin ikitərəfli tərəfdaşlıq, o cümlədən Bakıda Dövlət başçıları şurasının keçirilməsi məsələlərini müzakirə ediblər.


Report