İran sərhəd qüvvələrini hazırlıq vəziyyətinə gətirdi - Mərmilərdən sonra
5 Aprel 2016 23:27 (UTC+04:00)
İran Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayi bildirib ki, top mərmilərinin ölkə ərazisinə düşməsi ilə əlaqədar münaqişə tərəflərinə xəbərdarlıq edilib.
Q. Rzayi deyib ki, son günlər baş verənlərlə bağlı İran-Azərbaycan sərhədinə baxış keçirib.
"İranın Ermənistan və Azərbaycanla sərhədləri tam təhlükəsizdir. Ümid edirik ki, tərəflər arasında sülh razılığı əldə olunacaq və problemlər həllini tapacaq", - deyə Q.Rzayi baxışdan sonra jurnalistlərə bildirib.
Apa