AŞPA-nın həmməruzəçisi Azərbaycana gəlir

6 Aprel 2016 09:30 (UTC+04:00)

6-8 aprel tarixlərini əhatə edəcək səfər zamanı onun Azərbaycanın dövlət rəsmiləri ilə görüşü gözlənilir. Həmməruzəçinin prezident İlham Əliyev, parlamentin spikeri Oqtay Əsədov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ədliyyə naziri Fikrət Məmmədov, ombudsman Elmira Süleymanova, baş prokuror Zakir Qaralov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, parlament üzvləri ilə görüşü nəzərdə tutulub. O, həmçinin parlamentdən kənar müxalif partiyalar, vətəndaş cəmiyyətinin üzvləri, hüquq müdafiəçiləri və media nümayəndələri ilə də görüşəcək.

APA.az