Almaniyadakı soydaşlarımız Berlinə toplaşıb – Sarkisyana böyük etiraz

6 Aprel 2016 12:09 (UTC+04:00)

Bununla əlaqədar soydaşlarımız Berlində Sarkisyana qarşı etiraz aksiyası keçirəcəklər.

AzNews.az daxil olan məlumata görə, aksiyada Avropada məskunlaşan və əksəriyyəti məcburi köçkün olan 500-ə yaxın şəxs iştirak edəcək.

Aksiyanın keçirilməsində məqsəd Ermənistanın işğalçı siyasətini bir daha bəyan etmək, Azərbaycanın işğaldan, erməni terrorundan əziyyət çəkdiyini bildirmək, Angela Merkeli erməni təcavüzünü birmənalı şəkildə qınamağa çağırmaqdır.

Aksiyaya bu gün yerli vaxtla 12:00-da görüşün başlanmasından bir saat əvvəl start veriləcək.

Aksiya barədə əlavə məlumatlar verəcəyik.