Türkiyəli astronom: “21 dekabr astronomiya üçün önəmli gündür”
13 Noyabr 2012 12:46 (UTC+04:00)
Dekabrın 21-də dünyanın sonunun olacağı barədə məlumatlara Türkiyənin elm xadimlərindən də münasibət gəlib. Bu dəfə Ege Universitetinin astronomiya üzrə professoru, doktor Sərdar Evren məsələyə münasibət bildirərək söyləntilərin elmi cəhətdən isbatının olmadığını vurğulayıb.
Sərdar Evrenin sözlərinə görə, bu barədə məlumatların elm və astronomiya ilə heç bir əlaqəsi yoxdur: "Bu iddiaları ortaya atanların əlində heç bir elmi sübut yoxdur. 21 dekabr astronomiya üçün önəmli gündür, amma daha əvvəlki 21 dekabrlardan heç nə ilə fərqlənməyəcək".
Elnarə Əlosmanqızı
AzNews.az