Həmsədr: “Hərtərəfli həll yolu torpaqların Azərbaycana qaytarılmasıdır”

6 Aprel 2016 17:22 (UTC+04:00)

Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

C. Uorlik bildirib ki, hərtərəfli həllin yolu orduların işğal olunmuş ərazilərdən çıxarılması, torpaqların Azərbaycana qaytarılmasından keçir: "Amma Qarabağın statusunun da muəyyənləşməsi lazımdır. Hərtərəfli həllə çox məsələ daxildir, tərəflər buna bütöv məsələ kimi baxmalıdırlar".

Diplomat Minsk qrupu ilə bağlı Azərbaycan xalqınının məyusluğununun başa düşülən olduğunu deyib: "Azərbaycan xalqı 20 ildən çox davam edən münaqişə ilə üz-üzədir. Amma Ermənistanda da bu məyusluq var. Həll yolu mühazribə deyil. Bilirəm, asan deyil, amma yeganə həll yolu sülhdür".

APA.az