Nazirlik geri alınan yüksəkliklər barədə yayılan xəbərlərə - Aydınlıq gətirdi

6 Aprel 2016 20:57 (UTC+04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bu cür məlumatların yayılması təlaş içində yaşayan erməni xalqını və mənəvi düşgünlüyə məruz qalmış, döyüş qabiliyyətini itirmiş düşmən ordusunun döyüşmək istəməyən əsgərlərini cüzi də olsa ruhlandırmaq məqsədilə Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən həyata keçirilən uğursuz və saxta fəaliyyətin nəticəsidir.

Müdafiə Nazirliyi bir daha bildirir ki, Ermənistan tərəfi gün ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozmaqda davam edib və bu təxribatların qarşısını almaq məcburiyyətində qalan Silahlı Qüvvələrimizin cavab tədbirləri daha sərt olacaqdır.