Azərbaycan və Rusiya baş nazirləri arasında telefon danışığı olub

6 Aprel 2016 23:01 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat verib.

"Tərəflər D.Medvedevin Azərbaycana aprelin 8-də baş tutacaq görüşünü müzakirə ediblər. Azərbaycan rəhbərliyi ilə görüşlərdə iqtisadi, ticarət, energetika, sənaye, nəqliyyat infrastrukturu daxil olmaqla geniş spektrdə məsələlərə baxılacaq", məlumatda bildirilir.