Nazirliyin mətbuat xidmətindən facebook istifadəçilərinə - Müraciət
7 Aprel 2016 10:48 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən bildirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, artıq bir neçə gündür ki, nazirliyin rəsmi facebook səhifəsi fəaliyyətə başlayıb. Səhifənin yaradılmasında məqsəd nazirliyin təqdim etdiyi məlumatların operativ şəkildə ictimaiyyətə çatdırmaqdan ibarətdir. Bununla yanaşı, facebook sosial şəbəkəsində Müdafiə Nazirliyinin adından saxta profillər yaradılır: "Rəsmi olaraq bildiririk ki,
https://www.facebook.com/www.mod.gov.azsəhifəsindən başqa yaradılan səhifələrin heç biri Müdafiə Nazirliyinə aidiyyəti yoxdur və orada yayılan məlumatlar nazirliyin mövqeyini əks etdirmir".
Feysbuk istifadəçilərindən həmin saxta səhifələrdən şikayət etmələri xahiş olunur.