İsraildən Qarabağ münaqişəsinə reaksiya: “Azərbaycan tam ədalətlidir”

7 Aprel 2016 11:21 (UTC+04:00)


Bunu İsrailin keçmiş Baş naziri, "Bizim ev-İsrail" partiyasının lideri Aviqdor liberman deyib.

A.Liberman bildirib: "Çox ümid edirəm ki, ilk növbədə beynəlxalq ictimaiyyət, indiki halda ATƏT-in Minsk qrupunun bütün iştirakçıları obyektiv olacaqlar və hansısa dar, birtərəfli və siyasi mənfəətlərdən deyil, faktlardan çıxış edəcəklər".

Keçmiş Baş nazir əlavə edib: "Biz şübhəsiz ki, Azərbaycan xalqını dəstəkləyirik. Azərbaycan rəhbərliyi özünü təmkinli aparır, amma təəssüf ki, digərləri özünü belə aparmır".

Trend.az