AŞPA üzvü ermənilərdən Qarabağdan çıxmağı - Tələb etdi

7 Aprel 2016 13:11 (UTC+04:00)

Görkəmli partiya xadimi, Macarıstan Parlamentinin xarici siyasət komitəsi sədrinin mavini, AŞPA üzvü Marton Döndöşi tərəfindən hazırlanmış sənəddə deyilir: "Ermənistan ilə Azərbaycan arasında münaqişə Ermənistanın beynəlxalq hüquq normalarını pozmaqla Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal etməsindən sonra başlanıb. Yüz minlərlə azərbaycanlı qaçqın düşərgələrində sığınacaq tapıb".

Bəyanatda xatırladılır ki, 2011-ci ildə bu partiya Xocalı qırğınının erməni silahlı qüvvələri tərəfindən törədilmiş soyqırım aktı kimi tanınması və Ermənistanın Azərbaycana qarşı təcavüzünün pislənməsi barədə qətnamə qəbul olunması təşəbbüsü ilə çıxış edib.

Sənəddə deyilir: "Erməni silahlı qüvvələri işğal etdikləri ərazilərdən çıxarılmadan və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmadan sülh yaradıla bilməz".

Azərtac.az