Metroda qadına qarşı - Cinayət

7 Aprel 2016 13:19 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 4-də metronun "28 May" stansiyasında Bakı şəhər sakini Elvira Cəfərovanın cibindən mobil telefon oğurlanıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən paytaxt sakini Fərid Ağaəliyev tutulmuşdur.