Müdafiə Nazirliyində “qaynar xətt” fəaliyyətə başladı

7 Aprel 2016 13:45 (UTC+04:00)

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsindən verilən məlumata görə, son zamanlar cəbhə boyu gedən döyüşlər zamanı şəxsi heyət arasında yaralanan və xəsarət alan hərbi qulluqçulara bütün tibb müəssisələrində lazım olan hər bir tibbi xidmət yüksək səviyyədə göstərilir.

Yaralanan hərbi qulluqçuların vəziyyəti barədə operativ məlumat almaq üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalında sutka ərzində fəaliyyət göstərən 406-87-41 nömrəli "qaynar xətt" yaradılıb.

APA.az