Məcburi köçkünlər ilk dəfə azad olunan kəndlərdə - 23 ildən sonra

7 Aprel 2016 14:53 (UTC+04:00)

Cəbrayıldan olan məcburi köçkünlər 23 ildən sonra ilk dəfə öz doğma kəndlərində olublar. Azərbaycan ordusu tərəfindən işğaldan azad olunan Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndində hərbçilərin nəzarəti altında kənd sakinləri kənd qəbiristanlığını ziyarət edib, qohumlarının ruhuna dualar oxuyublar.

Report.az