Tutanhamonun 2 cinsiyyət orqanı olub – Uşaq doğmuş firon haqda sensasion araşdırma

7 Aprel 2016 15:46 (UTC+04:00)

AzNews.az xəbər verir ki, alimlər müəyyən ediblər ki, firon hermafrodit (həm kişi, həm də qadın cinsiyyət orqanına malik olan şəxs) imiş.

Məlumata görə, 2003-cü ildə Pulitzer mükafatını (Pulitzer Prize) amerikalı Jeffrey Kent Eugenides "orta cins" (Middlesex) romanı ilə alıb. Kitabda hermofrodit nəslinin nümayəndəsi haqqında danışılır və bir ailənin bir neçə nəslinin tarixindən bəhs edilir. Məhz bu roman hermafrodit (orqanizmdə kişi və qadın cinsi əlamətlərinin və cinsi orqanlarının eyni zamanda və ya ardıcıl vaxtlarda olması) mövzusuna diqqət çəkib.
Beynəlxalq alimlər komandası növbəti dəfə Tutanhamonun DNT-sini araşdırıb və müəyyən edib ki, hermafroditlərə əfsanəvi fironu da aid etmək olar.

XVIII əsr hökmdarının həm qadın, həm də kişi cinsi orqanlarına malik olması barədə fərziyyə misirşünaslarda hələ XX əsrin sonlarında meydana gəlib: məhz həmin vaxt mütəxəssislər bir neçə Qədim Misir yazılarını deşifrə edib və öyrəniblər ki, bu yazılarda Tutanhamonun "həm kişi, həm də qadın başlanğıcına" sahib olması barədə danışılır.



"Qədim misirlilər üçün qadın və kişini birləşdirmək xarakterikdir. Məsələn, eyni Qədim Misir allahı həm gənc qız, həm də ağsaqqal qoca obrazında təsvir edilə bilər.Bununla belə Tutanhamonun xarici görünüşündə bu, xüsusilə nəzərə çarpıb. İndi isə biz fironun DNT testini apardıq və aydınlaşdırdıq ki, o, həqiqətən də hermafrodit olub", - deyə araşdırmanın müəllifləri şərh edirlər.

Araşdırma zamanı alimlər aşkar ediblər ki, Tutanhamon iri dodaqlara sahib olub, sol ayağı axsayıb və olduqca nazik budları olub. Lakin ən böyük məqam ondadır ki, normal xromosom sayının pozulması nəticəsində firon həm kişi, həm də qadın cinsiyyət orqanları ilə anadan olub.



Alimlər bildirirlər ki, hökmdarın qadın cinsi əlamətləri yalnız 13 yaşından sonra tamamilə özünü göstərib. Məhz həmin vaxt gəncin sinəsi böyüməyə başlayıb. "Biz fironun menustrasiya günləri olmasını da istisna etmirik. Lakin biz bunu dəqiqliklə yalnız may ayında - daha ətraflı araşdırmalar apardıqdan sonra aydınlaşdıra biləcəyik. İndi qəti müəyyən edilən odur ki, gənc olmasına baxmayaraq, fironun 2 uşağı dünyaya gəlib. Təəssüf ki, onlar ölü doğulublar. Məlum olduğu kimi, onların mumiyaları fironla birlikdə türbədədir. Bu zamana qədər uşaqların Tutanhamonun arvadı Anhesenamuna aid olduğu ehtimal edilib. Lakin biz qəti əminik ki, körpələrin anası, nə qədər təəccüblü olsa da, fironun özü olub", - deyə araşdırmada qeyd olunur.



Bəs bu halda körpələrin atası kimdir?

Alimlərin fikrincə, o, Amonun kahinlərindən biri ola bilər.

Xatırladaq ki, Tutanhamonun hakimiyyəti dövründə tanrı Amona sitayiş dövrü geri qayıdıb. Halbuki Amon Tutanhamonun atası Ehnatonu öldürməyə cəhd edib. Görünən odur ki, Tutanhamona onun favorit-məşuqu təsir göstərib.

Bu məlumatlar fironun vaxtsız ölümünün sirrinə yeni nəzər nöqtəsindən baxmağa imkan verir.

Hələ 50 il öncə səslənən ehtimallardan biri odur ki, firon hansısa pis niyyətlinin oxlarını mişarladığı arabadan yıxılaraq ölüb. Əgər bu pis niyyətlinin elə firon tərəfindən rədd edilən məşuq-kahin olduğunu ehtimal etsək, o zaman hər şey öz yerini tutur. Lakin, misirşünasların sözlərinə görə, bunlar artıq fərziyyələrdir. Gələcək tədqiqatlar bu sirli tarixi birdəfəlik həll etməyə imkan verəcək.



Maraqlıdır ki, dünya ədəbiyyatında yalnız 150 həqiqi hermafrodit halı yazılıb. "Əvvəllər alimlər Tutanhamonun yalnız ölümünün maraqlı olduğunu deyirdilər. Firon barədə yeni məlumatları nəzərə alsaq, biz əminliklə deyə bilərik ki, onun həyatı da maraqlı olub", - deyə gülümsünərək araşdırma müəllifləri bildiriblər.

Məlumat üçün bildirək ki, "Hermafrodit" termini özü Qədim Yunanıstanda meydana gəlib: Hermafrodit qədim Yunan mifologiyasının personajı olub - şərab allahı Dionisin sevgilisi olan gözəl gənc. Rəvayətə görə, Hermafroditin 15 yaşında Kariya üzrə səyahətləri zamanı nimfa Salmakida onu görür və aşiq olur. Hermafrodit Salmakidanın yaşadığı mənbədə çimərkən Salmakida ona qısılır və allahlardan onları həmişəlik birləşdirməyi istəyir. Hermafrodit ona vurulur. Allah onun istəyini yerinə yetirir və onlar bir varlıqda birləşirlər. Rəvayətə görə, bu mənbədən kim su içibsə, Hermafroditin taleyini yaşayıb, yaxu da ən azından o, həddən artıq zərif olub.

Aydan AXUNDOVA