Həmsədrlərdən çağırış - “Münaqişənin sülh yolu ilə həlli vacibdir”

7 Aprel 2016 21:17 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, görüşdə həmsədrlər Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Endryu (Fransa) iştirak ediblər.

"Həmsədrlər münaqişənin dinc yolla həllinin zəruriliyini bir daha təsdiq edərək, bu istiqamətdə gələcək addımların perspektivlərini müzakirə ediblər", - deyə məlumatda bildirilir.

Görüşdə həmçinin ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.