Düşmən itkilərinin daha bir qismini etiraf etdi

7 Aprel 2016 22:37 (UTC+04:00)

Bunu işğalçı erməni ordusunun nümayəndəsi Vitali Arustamyan bildirib.

"Aprelin 1-dən 7-dək 9 nəfəri zabit və gizir, 27-si isə çavuş, sıravi olmaqla 36 hərbçi ölüb. Bundan başqa, 24-ü zabit olmaqla 122 nəfər yaralanıb", - deyə o bildirib. İşğalçı ordunun nümayəndəsi bildirib ki, ölənlərdən 4-nün meyiti bu gün döyüş meydanından tapılıb: "Onlar bu vaxtadək itkin düşmüş hesab edilib".

Arustamyan əlavə edib ki, 21 erməni hərbçisi itkin düşmüş hesab edilir.

Qeyd edək ki, erməni tərəfi bundan əvvəl 20 hərbçisinin öldüyünü, 72 nəfərin isə yaralandığını elan etmişdi.


APA